Səyyar müayinələr

Zaqatala rayonu

8 may 2018-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Zaqatalada ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində 600-ə yaxın vətəndaş ödənişsiz olaraq peşəkar həkim müayinələrindən yararlanıb.

Tibbi müayinə zamanı həkimlər tərəfindən rayon sakinlərinə profilaktik baxış keçirilib, eyni zamanda sağlamlığa dair məlumatlar və müxtəlif xəstəliklərə səbəb olan risk faktorları ilə bağlı tövsiyələr verilib.