Səyyar müayinələr

Bakıxanov qəsəbəsi

31 avqust 2017-ci il tarixdə “Sabunçu Rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Bakıxanov qəsəbə nümayəndəliyində Bakıxanov sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova və şöbəinin əməkdaşları, Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən əhali pulsuz olaraq terapevt, endokrinoloq, USM,  kardioloq, oftalmoloq, LOR, pediatr və ginekoloji müayinələrdən keçirilməklə 280 sakin müayinə edilib.

Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir vətəndaşa “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.