Səyyar müayinələr

Zabrat və Balaxanı qəsəbələri

“Sabunçu Rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Ultralabın birgə təşkilatçılığı ilə Rayon İcra Hakimiyyətinin Zabrat qəsəbə nümayəndəliyində Zabrat və Balaxanı sakinləri üçün ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə müavini Rəna Fərəcova, şöbənin əməkdaşları və “Sağlam Ailə” Tibb Mərkəzinin həkim kollektivi iştirak ediblər. Aksiyaya əsasən 397 nəfər Zabrat və Balaxanı sakini ödənişsiz şəkildə terapevt, USM, kardioloq, oftalmoloq, lor, pediatr və ginekoloq müayinələrindən keçib. Bununla yanaşı tibbi müayinədə iştirak edən hər bir sakinə “Qanın kliniki analizi” üçün xüsusi kupon verilib.