Səyyar müayinələr

Pirəkəşkül qəsəbəsi

20 noyabr 2017-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib.

Aksiya çərçivəsində 380 qəsəbə sakini ödənişsiz şəkildə həkim müayinəsindən keçib.

Tibbi müayinədən keçən sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə ediblər.