Səyyar müayinələr

Maştağa qəsəbəsi

14 iyul 2017-ci il tarixində “Sabunçu Rayon İcra Hakimiyyəti”,  “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Sabunçu rayonu Maştağa qəsəbəsinin sakinləri üçün qəsəbə nümayəndəliyində əhalinin pulsuz tibbi müayinə aksiyası keçirilib. Aksiyada Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin əməkdaşları, Sağlam Ailə Tibb Mərkəzinin həkim kollektivi iştirak edib.

Aksiyaya əsasən 350 nəfər qəsəbə sakini terapevt, endokrinoloq, usm, kardioloq, oftalmoloq, lor, pediatr, ginekoloji müayinələrindən keçib. Tibbi müayinədə iştirak edən hər bir vətəndaşa Sağlam Ailə Tibb Mərkəzi tərəfindən “Qanın kliniki analizi” üçün xüsusi müayinə kuponu verilib.