Səyyar müayinələr

Mərdəkan və Şağan qəsəbələri

21 sentyabr 2017-ci il tarixində “Xəzər Rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Mərdəkan və Şağan qəsəbələrinin sakinləri üçün səyyar tibbi müayinə aksiyası keçirilib.Bələdiyyə binasında keçirilən aksiyada 255 vətəndaş müayinə olunub.

Tibbi müayinədən keçən sakinlər onlar üçün yaradılan şəraitdən razılıqlarını ifadə edərək, onlara göstərilən diqqət və qayğıya görə Sağlam Ailə Tibb Mərkəzinin həkim heyətinə və əməkdaşlarına minnətdarlıqlarını bildiriblər.