Səyyar müayinələr

Qazax rayonu

14-15 dekabr 2017-ci il tarixində “ASAN Xidmət” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Qazaxda ödənişsiz səyyar tibbi müayinə aksiyası keçirilib. Aksiya çərçivəsində 510 rayon sakini ödənişsiz həkim müayinəsindən keçib.

Əhalinin sağlamlığının daha etibarlı şəkildə qorunması, onların ən yüksək səviyyədə tibbi xidmətlərlə əhatə olunması mərkəzinin əsas prioritetlərindəndir. Məhz bu məqsədlə təşkil olunan aksiyaya qatılan hər kəsə Sağlam Ailə Tibb Mərkəzi tərəfindən “Qanın kliniki analizi” müayinəsi üçün kupon təqdim edilib.