Səyyar müayinələr

Buzovna qəsəbəsi

Xəzər rayonu ərazisində Binə qəsəbəsindən sonra 14 sentyabr 2017-ci il tarixində Buzovna qəsəbəsinin sakinləri tibbi müayinə olunub.

“Xəzər rayon İcra Hakimiyyəti” və “Sağlam Ailə” Tibb Mərkəzinin birgə təşkilatçılığı ilə Buzovna bələdiyyəsinin inzibati binasında sakinlər üçün ödənişsiz səyyar tibbi müayinə aksiyasında 213 qəsəbə sakini terapevt, ginekoloq, dermatoloq, pediatr və oftalmoloq həkimlərin, eləcə də ultrasəs və exokardioqram müayinələrindən keçiblər. Müayinədən keçən sakinlərə “Qanın kliniki analizi” üçün xüsusi kupon təqdim edilib.

Sağlam Ailə Tibb Mərkəzinin iştirakı ilə təşkil edilən aksiyalar xəstəliklərin erkən aşkar edilməsi məqsədilə əhalinin sağlamlığının bərpasında, gələcək nəslin sağlam böyüməsində mühüm rol oynayır.