Tədbirlər

Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi

16 dekabr 2015-ci il tarixində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Uşaq Fondunun (UNICEF) birgə təşkilatçılığı ilə “Erkən nikahların qarşısının alınması üzrə imkanların gücləndirilməsi” mövzusunda beynəlxalq konfrans keçirilib.

Konfransda erkən nikahların qarşısının alınması və səbəblərinin araşdırılması, müdafiə mexanizminin gücləndirilməsi, zorakılıq qurbanlarının müdafiəsi, reabilitasiyası, cəmiyyətə reinteqrasiyası və müvafiq yardımlarla təmin edilməsi üzrə fəaliyyətlərin əlaqələndirilməsinə dair müzakirələr aparılıb.

Konfransda çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli ölkəmizdə qızların təhsildən yayınması və erkən yaşda ailə qurmağa məcbur edilməsi hallarından bəhs edib.