Tədbirlər

" Qan ver, yaşat" aksiyası

9 aprel 2016-cı il tarixində, B. Eyvazov adına Elmi-Tədqiqat Hemotologiya və Transfiziologiya İnstitutunun Mərkəzi Qan Bankı, Nəsimi rayon İcra Hakimiyyəti və Sağlam Ailə Tibb Mərkəzinin təşkilatçılığı ilə könüllü qanvermə aksiyası keçirilib. Nəsimi rayonu ərazisində fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların nümayəndələri, Sağlam Ailə Tibb Mərkəzinin əməkdaşları, o cümlədən könüllü olaraq iştirak edən şəxslər qana ehtiyacı olan insanların köməyinə çatmaq üçün bu humanist xarakterli aksiyaya qoşulublar. Mərkəzi Qan Bankının xüsusi tibbi briqadasının həkim-hemotoloqları donorların sağlamlıq vəziyyətini müəyyən etdikdən sonra onlardan qan götürüblər. Qan vermə aksiyası, vətən uğrunda yaralananlar, qəza nəticəsində qan itirənlər, həmçinin hemofiliya və talassemiyadan əziyyət çəkən şəxslərin təhlükəsiz və keyfiyyətli qanla təminatı üçün respublikada artıq ənənəvi hal alan tədbirlərin davamıdır. Aksiyada ümumilikdə 200 ə yaxın şəxsdən qan götürülüb. Götürülən qan nümunələri laboratoriyada müayinə edildikdən sonra aidiyyəti üzrə istifadə olunacaq.