Tədbirlər

“Gənclərin Dostu” Milli Mükafatı

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91 illiyinə həsr olunan “Gənclərin Dostu” Milli Mükafatının təqdimetmə mərasimi keçirilib. Azərbaycan Gənclər Mərkəzi tərəfindən təqdim edilən mükafata bu il millət vəkilləri, dövlət rəsmiləri, media rəhbərləri və bəzi şirkətlər layiq görülüb.

Mərasimdə çıxış edən təşkilat komitəsinin kordinatoru Anar Sarıyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycan xalqının yaddaşında qurucu və xilaskar dövlət xadimi, milli lider və xalq məhəbbətini qazanan öndər kimi qalıb.

Qeyd edək ki, mərasimdə Sağlam Ailə Tibb Mərkəzi gənclərin tibbi maarifləndirilməsində göstərdiyi xidmətə görə “Gənclərin Dostu” Milli Mükafatına layiq görülüb.