Tədbirlər

Azərbaycan Gənclərinin Maarifçilik Forumu

19 dekabr 2014-cü il tarixində Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, Gənclər üçün Təhsil Mərkəzi və “Mənim Təhsilim, Mənim Gələcəyim!” kampaniyasının birgə təşkilatçılığı ilə “Azərbaycan Gənclərinin Maarifçilik Forumu” təşkil olunub.

Forumda, Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov, Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Şahin Seyidzadə, Sağlam Ailə Tibb Mərkəzlərinin direktoru Vüqar Eyvazov və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli də iştirak edib.

Forumu giriş nitqi ilə açan Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov bu forumun təşkil olunmasında əsas məqsədin gənclər arasında maarifçilik işinin təşkili vəziyyətinin öyrənilməsi və qiymətləndirilməsi, həmçinin bu istiqamətdə görülməli işlərin müzakirəsi və perspektivlərinin müəyyənləşdirilməsi olunduğunu bildirib.

Forumun rəsmi hissəsinin sonunda təşkilatçılar bir sıra KİV və QHT nümayəndələrini “Təhsil açarı” mükafatı ilə təltif ediblər.

Forumun II hissəsində isə gənclər “Dağlıq Qarabağ həqiqətləri gənclər müstəvisində” tezisi ətrafında çıxış edərək müzakirələr aparıblar.