Tədbirlər

Məzun Karyera Sərgisi - ADNSU

17 dekabr 2016-cı il tarixində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Məzun Karyera Sərgisi təşkil olunub. 35-ə yaxın şirkət, 1500-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb.

Sərginin təşkil olunmasında əsas məqsəd tələbə və məzunların birbaşa şirkət nümayəndələri görüşünə imkan yaratmaq, ölkədə gənclərin məşğulluğunu artırmaq və onların işlə təmin olunmasına yardım etmək olub.