Tədbirlər

ADA Universiteti Festival

14 aprel 2017-ci il tarixində ADA Universiteti artıq sevimli ənənələrindən birinə çevrilən illik Beynəlxalq Festivalını altıncı dəfə keçirib. 40 ölkənin və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliklərinin iştirak etdiyi festivalda “Analar Festivalı” adı altında sərgi təqdim olunub. Sərgidə müxtəlif ölkələr barədə maraqlı məlumatlar verilib, mətbəx və incəsənət nümunələri nümayiş etdirilib. Həmçinin festival iştirakçıları üçün müsabiqələr təşkil edilib.

Konsert proqramı ilə davam etdirilən festivalda azərbaycanlı və əcnəbi tələbələr müxtəlif xalqların musiqilərini səsləndirib, rəqslərini ifa ediblər.

Sağlam Ailə Tibb Mərkəzi tərəfindən festivalda iştirak edən analara müayinə kuponları təqdim olunub.