Tədbirlər

Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının 20-ci ildönümü

25 noyabr 2015-ci il tarixində Azərbaycanın ən böyük gənclər platforması olan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının (ARGTMŞ) təsis edilməsinin 20-ci ildönümü münasibətilə qurumun XIII qurultayı keçirilib. Tədbir çərçivəsində gənclər təşkilatlarının ikinci milli konqresi təşkil olunub.

Qurultayda dövlət və hökumət rəsmiləri, o cümlədən Azərbaycan Respublikası Gənclər və İdman naziri Azad Rəhimov, Prezident Administrasiyasının İctimai-Siyasi Məsələlər şöbəsinin gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev, Milli Məclisin deputatları, Sağlam Ailə Tibb Mərkəzinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Nigar Rüstəmli, 200-dən çox gənclər təşkilatının nümayəndələri və qurum təmsilçiləri iştirak edib.