Konfranslar

Kişi və qadın sonsuzluğunun diaqnostikası və müalicəsinin müasir aspektləri

15 dekabr 2008-ci il tarixində “Kişi və qadın sonsuzluğunun diaqnostikası və müalicəsinin müasir aspektləri” mövzusunda elmi-praktik konfrans keçirilib.

Konfransın təşkil olunmasında əsas məqsəd sonsuzluğun səbəbləri, kişilərdə sonsuzluğun kliniki aspektləri, sonsuzluğun müalicəsində istifadə olunan effektiv üsullar, qadın sonsuzluğu və digər problemlər olub.

Konfransda çıxış edən Mamalıq və Ginekologiya Elmi-Tədqiqat İnstitutunun direktoru Faizə Əliyeva bildirib ki, Azərbaycanda kişi və qadınlar arasında sonsuzluq 13-14% yayılıb.

Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov öz çıxışında nikah öncəsi müayinələrin önəmindən və sonsuzluğun müalicəsindən bəhss edib.