Konfranslar

Hormonların harmoniyası

7 mart 2011-ci il tarixində keçirilən “Hormonların harmoniyası” adlı konfransda bir çox yerli və xarici mütəxəssislər iştirak edib.

Konfransın keçirilməsində əsas məqsəd dünya səhiyyə sahəsində olan yeniliklər və nailiyyətlər haqqında bəhs etmək, ən son yeniliklərdə yerli mütəxəssislərin iştirakını təmin etmək və onların bu yeniliklərdən istifadə etməsinə dəstək olmaq olub.

Konfransda çıxış edən Sağlam Ailə Tibb Mərkəzinin direktoru Vüqar Eyvazov öz çıxışı zamanı son illər Azərbaycanda səhiyyənin inkişafı istiqamətində görülən işlərdən və yeniliklərdən bəhs edib.