Terapiya

Ümumi məlumat Xidmətlər Həkimlər

Terapiya (therapeia) – yunan sözü olub, qulluq etmə, müalicə etmə anlamını verir. Terapevt daxili orqanların diaqnostika, müalicə və profilaktikası ilə məşqul olan həkimdir.

Terapevtə nə vaxt müraciət olunmalıdır?

  • əgər səhhətinizlə əlaqədar hər hansı bir şıkayət əmələ gəlibsə
  • hansı mütəxəssisə müraciət etməli olduğunuza əmin deyilsinizsə
  • müstəqil analiz vermisinizsə və nəticələri şəhr etmək lazımdırsa
  • tibbi arayış tələb olunursa

Terapevtin qəbulunda nə baş verir?

Terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. O, pasientin şikayətlərini dinləyir, xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, kecirdiyi xəstəliklər, allergik reaksiyaların olması barədə məlumat toplayır

Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarını əlləyir)

Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s ) təyin edir

Nəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır

Lazım gələrsə pasienti dar ixtisaslı mütəxəssisə yönəldir.