Məqalələr

Venaların genişlənməsi

Varikoz venalar  genişlənmiş və qanla həddən çox dolmuş venalardır. Şişkin olub göy-yasəmən və ya qırmızı rəngdə görünürlər, adətən ağrılıdırlar.  Qadınlarda kişilərə nisbətən daha çox rast gəlinir. Yetkin insanların təqribi 25%-ində varikoz venalar müşahidə olunur. Daha çox ayaqların baldır hissəsində yerləşirlər.

Mümkün səbəblər:

  • Hamiləlik
  • Menopauza
  • 50-dən yuxarı yaş
  • Uzun müddət ayaqüstə dayanmaq
  • Artıq çəki
  • Ailədə varikoz venaların irsi olması

Diaqnostika:

Diaqnostika üçün fiziki müayinə, ultrasəs müayinəsi və venoqramma  istifadə oluna bilər. USM və venoqramma ağrıya səbəb olan  tromb və tıxanmaları da aşkarlamağa kömək edir.

Müalicə:

Ümumilikdə varikoz venların əmələ gəlməsinin və daha da dərinləşməsinin qarşısını almaq üçün tövsiyə olunur:

  • Uzun müddət ayaqüstə dayanmaqdan qaçınmaq
  • Artıq çəkini azaltmaq
  • Qan dövranını yaxşılaşdırmaq üçün bədən tərbiyəsi ilə məşğul olmaq
  • Kompressiya corablarından istifadə etmək
  • Dincələndə və yatanda ayaqları qaldırmaq

Qeyd olunan üsulların heç biri kömək olmadıqda artıq cərrahi müdaxilədən istifadə olunur.