Məqalələr

Ağızda xoralar (stomatit)

Stomatitlə demək olar ki, hər bir insan nə vaxtsa qarşılaşır. Xoralar ağızın yumşaq toxumalarında  - dodaq, yanaq, diş əti, dil, damaqda rast gəlinə bilər.  Xoraya səbəb ağızın selikli qişasının iltihabıdır. Bəzi hallarda xora hətta qida borusunda da yerləşə bilər. Əksər hallarda xoralar 1-2 həftə ərzində öz-özünə keçir və az narahatçılıq verir.  Stomatitin 2 əsas növü vardır:

1. Aftoz stomatit – bu zaman qırmızı haşiyəli ağ və ya sarımtıl xoralar ilə xarakterizə olunur.  Tək və ya topa halında yerləşə bilərlər. Daha çox yanağın daxili səthində və damaqda rast gəlinirlər, yoluxucu deyildirlər.

Mümkün Səbəblər:

  • Travma, breket zədəsi, yanağı, dili dişləmək
  • Xərçəng üçün kimya terapiyası
  • Ağız quruluğu
  • Siqaretçəkmə
  • Bakterial və ya virus infeksiyası
  • Immun sistemin zəifləməsi
  • Cinsi yolla keçən infeksiyalar
  • Stress
  • Güclü kimyəvi maddələrdən qıcıqlanma
  • Allergik reaksiya
  • Isti içki və qidanın səbəb olduğu yanıqlar

2. Herpes stomatiti - “Uçuqlama” olaraq bilinən daha çox dodaq ətrafında rast gəlinən yaralardır. İçərisi maye dolu və ağrılı olur.  Xora yaranmazdan əvvəl yerində qıcıqlanma, yanma hissi və həssaslıq olur. Belə xoralar  quruyur və üzəri sarı qabıq bağlayır. Herpes stomatiti olduqca yoluxucudur.

Müalicə:

Stomatitin müalicəsi onu törədən səbəbdən asılıdır.  Bu səbəbin aradan qaldırılması stomatitin təkrar yaranmasının qarşısını alır. Yerli olaraq isə ağrını azaltmaq və sağalma prosesini sürətləndirmək üçün yerli kortikosteroidlər, antibiotiklər, anestetiklər istifadə oluna biloər.

Profilaktika:

Stomatitiin təkrar yaranmasının qarşısını almaq üçün yumşaq diş fırçası istifadə etmək, qidalanma və su balansına nəzarət etmək, xroniki ağız quruluğunu müalicə etmək, antiseptik ağız yaxalama sularından istifadə etmək tövsiyə olunur.