Məqalələr

kəskin ishal

İshal (diareya)- infeksion və qeyri-infeksion olmaqla iki qrupa bölünür. İnfeksion ishallar müxtəlif bakteriya, virus və parazitlər tərəfindən törədilir. Davam etdiyi müddətdən asılı olaraq ishal kəskin (<14 gun) və xroniki/persistensiyaedici  (>14gün) ola bilər.

KƏSKİN İSHALI YARADAN ƏN GENİŞ YAYILMIŞ MİKROORQANİZMLƏR:

  • Norovirus
  • Rotavirus
  • Adenovirus
  • Sapovirus
  • Astrovirus
  • Samonella spp
  • Shigella spp
  • Campylobacter spp
  • Şiqayabənzər toxini olan  E.Coli
  • EİEC/EPEC/ETEC/EHECO157:H7 (Enteroinvaziv/Enteropatogen/Enterotoxigen/Enterohemorraqik Escherichia coli)
  • Yersinia spp
  • Vibrio spp
  • E. Histolytica

İSHAL ZAMANI HANSI HALDA LABORATOR MÜAYİNƏLƏRAPARILMALIDIR?

Kəskin ishal  əksər hallarda virus mənşəli olduğu üçün ilkin diaqnozunun qoyulması tələb olunmur və öz-özünə sağalma müşahidə olunur. Lakin aşağıdakı vəziyyətlərdə kəskin ishal zamanı nəcis nümunəsinin yoxlanılması zəruridir :

1. Ciddi əlamətlər:

  • Uzunsürən ishal
  • Qanlı ishal
  • Sistem xəstəliyi ilə əlaqəli olan ishal

2. Xəstə anamnezi:

  • Zəifləmiş immun status
  • Xaricdən qayıtmış səyahətçi (səyahət ishallarının araşdırılmas üçün)
  • Xəstəxanada yatan xəstə

3. İnfeksion sıçrayış təyini

İshal zamanı hansı laborator analizlər verilməlidir?

  • NƏCİSİN ƏKİLMƏSİ+ANTİBİOTİKLƏRƏ HƏSSASLIQ:  Salmonella spp və Shigella spp. rutin nəcis əkilməsində axtarılmalıdır. Əkilmə metodu bu bakteriyalar üçün həmişə qızıl standartdır.
  • KBİ PZR METODU: Bu testin köməkliyi ilə vaxt itirmədən tək nəcis nümunəsində ishal yaradan ən geniş yayılmış virus və bakterial törədicilər (Norovirus,RotavirusAdenovirus,Astrovirus,Samonella spp, Shigella spp, Campylobacter spp, Şiqayabənzər toxini olan  E.Coli )  axtarılır.
  • NƏCİSİN MİKROSKOPİYASI : kəskin ishal törədən parazitlərin xüsusilə dizenteriya amobu kimi tanıdığımız Entamoeba Histolytica nın ilkin  təyini üçün aparılır. Entamoeba Histolytica təsdiqi isə antigen testləri ilə qoyulur.