Haqqımızda

Rəhbərlik Karyera Lisenziya və mükafatlar İnkişaf tariximiz

Müştəri Xidmətləri

Sağlam Ailə tibb mərkəzi Müştəri Xidmətləri üzrə aşağıdakı vakansiyaları elan edir.

Vakant vəzifə haqqında:

  • Tibbi koordinator
  • Qeydiyyatçı
  • Çağrı mərkəzi üzrə tibbi koordinator
  • Çağrı mərkəzi üzrə operator

Öz bacarığınıza güvənirsinizsə, ünsiyyət və əməkdaşlıq qurmaq qabiliyyətinə maliksinizsə və karyeranızı tibb sektorunda qurmaq istəyirsinizsə bizə müraciət edə bilərsiz.

Namizədə olan tələblər:

  • Ali təhsil (tibbi və qeyri-tibbi), orta tibbi təhsil
  • Azərbaycan dili (əla), Rus dili (yaxşı), İngilis dili (başlanğıc və yaxud orta səviyyədə)
  • Ofis programlarından sərbəst istifadə etmək bacarığı
  • Müştərilərlə işləmək və ünsiyyət qurmaq bacarığı
  • Məsuliyyətli, gülərüz və xoş rəftar olmaq
  • Kollektivdə işləmək bacarığı 
  • Problem həll etmək və analitik düşüncə qabiliyyəti

İş təcrübəsi:

  • Xüsusi təcrübə tələb olunmur, Müştəri Xidmətləri sahəsində iş təcrübəsi olanlara üstünlük veriləcək.

İş şəraiti və əmək haqqı:

  • Saat 07.00-20.00 üzrə növbəli iş rejimi
  • Əmək haqqı- müsahibə nəticəsində

Digər şərtlər:

İlkin mərhələdən uğurla keçən namizədlər üçün iş prosesi ilə əlaqədar təlimlər təşkil olunacaq və yekunda imtahan keçiriləcək. İmtahan nəticəsi yüksək olan namizədlər sınaq müddətinə işə qəbul olunacaq.

Müraciət etmək üçün CV-nizi hr@saglamaile.az elektron ünvanına vakansiyanın adını qeyd edib göndərməyiniz zəruridir. Müsahibəyə tələblərə uyğun hesab olunan namizədlər dəvət olunacaq.